Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Siyasət / İlqar Məmmədov ölmüş adamların adlarını nazirliyə verib

İlqar Məmmədov ölmüş adamların adlarını nazirliyə verib

Ədliyyə Nazirliyi REAL partiyasının qeydiyyat üçün təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb. 

Bu barədə partiyanın sədri İlqar Məmmədov bildirib. 

Partiya sədrinin sözlərinə görə, nazirlik siyahılarda təqdim edilən 986 nəfərin partiyaya üzv olmadığını bildirib. Bundan başqa 1058 nəfərin telefon nömrəsi kimi partiyanın nömrəsi göstərilib, 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.

“Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərim adı “keçərli” oldu. Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq”, – Məmmədov vurğulayıb.

Xatırladaq ki, bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiqləyib. 6 fəsil və 30 maddədən ibarət yeni qanunda siyasi partiyanın qeydiyyatı üçün 5 min üzv tələb edilir və bunun üçün onlara 6 ay vaxt verilib. Partiyalara verilən vaxt ötən həftə başa çatıb. 

Onu da qeyd edək ki, Azərbaycanda son aylarda 28 partiya fəaliyyətini dayandırıb. 

Həmçinin oxuyun

“Əsas odur ki, Qarabağda qalan ermənilər çox pul qazansın və yaxşı yaşasınlar”

“Hər şey insanlardan asılıdır. Mən kiminləsə mehriban da danışa bilərəm, acılaya da bilərəm. İndi iki …