Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / “İlqar Məmmədov demokrat kimi hərəkət elədi” – Rauf Arifoğlu

“İlqar Məmmədov demokrat kimi hərəkət elədi” – Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qrupu bütün düşərgədən olan siyasətçilərə, o cümlədən İlqar Məmmədova açıqdır”. 

Bu sözləri Yenisabah.az-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifolu deyib.

Baş redaktorun sözlərinə görə, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov “Yeni Müsavat” qəzetinin sosial şəbəkə üzərindən yayımlanan “Canlı debat” verilişinin qonağı olsa da, onunla görüşməyib. 

“O mənim yanıma yox, Sevinc Telmanqızının aparıcısı olduğu verilişə gəlmişdi. Bu verilişə dəvət olunanlar barədə əvvəlcədən xəbərdar olsam da, qarışmıram. Bəzən münasibətim olmayan, küsülü olduğum adamlar da o verilişə dəvət olunur. Burda şəxsi məsələlərə yer yoxdur. 

İlqar Məmmədova da təşəkkür edirəm ki, münasibətimiz olmasa da, media quruluşunun dəvətini qəbul edərək gəldi. Bir siyasətçi olaraq, demokrat kimi hərəkət elədi. Amma görüşməmişik. Üz-üzə gəlmədik. Mən öz otağımda oldum, o da keçdi studiyaya. İlqar Məmmədov mənim deyil, Sevinc Telmanqızının qonağı idi”, – deyə Rauf Arifoğlu bildirib.

İlqar Məmmədovun “Canlı debat” verilişinin qonağı olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Şəbəkə fəalları REAL sədrinin iki il əvvəl Rauf Arifoğlu barədə yazdığı arqumenti əsas gətirərək onun tənqid atəşinə tutublar. 

İlqar Məmmədovun həmin statusuna gəlincə, o Rauf Arifoğlunu fəxri ad aldığına görə sosial şəbəkədəki dost siyahısından çıxardığını yazmışdı. Baş redaktorun REAL sədrinə cavabı sərt olmuşdu.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …