Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / İlqar Məmmədov Ali Məhkəməyə şikayət edəcək

İlqar Məmmədov Ali Məhkəməyə şikayət edəcək

Bu gün Bakı Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədovun maddi kompensasiya tələbəni təmin etməyib. 

Bu barədə YReAl Partiyasından məlumat verilib.

Xatırladaq ki, Ali Məhkəmə Plenumunun İlqar Məmmədov haqqında verdiyi bəraət qərarı mənəvi kompensasiyanı təyin etmişdi, amma maddi kompensasiya ilə bağlı aşağı instansiya məhkəməsində iddia qaldırılmasının zərurətini qeyd etmişdi.

İlqar Məmmədov həbsdə qaldığı 5,5 il müddətə görə 53 min 757 manatlıq maddi kompensasiya tələbini məhkəməyə ötən il göndərmişdi. Bu ilin fevralında isə Nəsimi Rayon Məhkəməsi onu rədd etmişdi.

“Dövlət Vergi Xidmətinin saytından ödənilimiş vergilərlə bağlı çıxarış da daxil olmaqla mötəbər sübutlar təqdim edilsə də, Apellyasiya Məhkəməsi sənədləri diqqətə almayıb, sayta isə ümumiyyətlə baxmaqdan da imtina edib”, – ReAl Partiyasından bildirilib.

İlqar Məmmədov deyib ki, məsələ ilə bağlı indi Ali Məhkəməyə də şikayət veriləcək. 

Həmçinin oxuyun

Cəlal Əliyevlə söhbətimizin tam versiyasını yaymayacağam – VİDEO

Bu günlərdə mərhum akademik Cəlal Əliyevin Heydər Əliyevin Azərbaycana gəlməsi prosesi ilə bağlı açıqlamalarının yayılması ciddi rezonansa …