Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İlham Mirzəyevin ayaqları tutuldu – Vəkili təsdiqlədi

İlham Mirzəyevin ayaqları tutuldu – Vəkili təsdiqlədi

Teleaparıcı İlham Mirzəyeyin ayaqları tutulub.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə İlham Mirzəyevin feysbuk hesabından onun həyat yoldaşı yazıb.

Teleaparıcının xanımı bildirib ki, İlham Mirzəyevin belində olan yırtığa görə ağrıları çoxalıb:

“Həyat yoldaşımın belində olan yırtığa görə ağrıları çoxalıb və ağrılar ayaqlarına keçib. Hərəkəti məhdudlaşıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının köməyi nəticəsində vəziyyəti indi normaldır. Amma səhhətinin pisləşməməsi üçün davamlı müalicəyə ehtiyac var. Ailəmiz adından göstərdikləri köməyə görə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazirliyinin əməkdaşlarına və dəstəyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm”.

Məlumatı İ.Mirzəyevin vəkili Telman Abdiyev Trend.az-a təsdiqləyib:

“İlham Mirzəyevin belində fəqərəarası yırtıq var, o, bu xəstəlikdən əziyyət çəkir. Son vaxtlar vəziyyəti pisləşib və hazırda onun ayaqları tutulub”.

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın