Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / İlham Mirzəyev həbsxanada iflic oldu

İlham Mirzəyev həbsxanada iflic oldu

Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Xəyyam Nissanov məlumat yayıb.

Müğənni bildirib ki, Mirzəyevin sol tərəfi işləmir:

“Çox kədərli xəbər eşitdim və dəhşətə gəldim. Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub, sol tərəfi işləmir. Allah şəfa versin”.

Xatırladaq ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama görə, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib.

Lakin İlham Mirzəyev ittihamı rədd edir və bu haqda deyilənlərin yalan olduğunu bildirir. Buna baxmayaraq, Hərimanov Rayon Məhkəməsi onun təqsirli olduğu qənaətinə gələrək, 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxardı.

Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəza 3 il 6 aya endirilib.

 

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …

Bir cavab yazın