Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Siyasət / “İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm”

“İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm”

Böyük Britaniyanın ixrac naziri və dövlət katibinin Böyük Britaniya parlamentindəki müavini Qrem Stüart Böyük Britaniya və Azərbaycan hökumətlərarası birgə komissiyasının 4-cü iclasında iştirak etmək üçün Bakıya səfər edib.

Bu gün başlayan üçgünlük səfər bərpa olunan enerji mənbələri sektorunda əməkdaşlıq sahələrində cəmləşəcək, həmçinin Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində və enerjiyə keçidində dəstəyini vurğulayacaq.

Azərbaycana ilk səfəri zamanı nazir Stuart ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, həmçinin, maliyyə, təhsil, İKT, səhiyyə və kreativ iqtisadiyyat sahələrində iqtisadiyyatın şaxələndirilməsində Böyük Britaniyanın Azərbaycana dəstəyinə olan marağını müzakirə etmək üçün prezident İlham Əliyev ilə görüşəcək.

Nazir Stüart, yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində bu il Qlazqoda keçiriləcək COP26 İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və “təmiz sıfır” planını qəbul etmək üçün Birləşmiş Krallığa qoşulmağa təşviq edəcək.

Səfər çərçivəsində Böyük Britaniya naziri həmçinin energetika, iqtisadiyyat, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ekologiya və təbii sərvətlər nazirləri ilə görüşəcək, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçməsi məqsədilə Azərbaycanla gələcək əməkdaşlığı müzakirə edəcək.

Nazir Böyük Britaniya və Azərbaycan hökumətlərarası komissiyasının birgə  4-cü iclasında iştirak edəcək və yeni yaradılmış Britaniya Ticarət-Sənaye Palatasının Azərbaycanda açılışında iştirak edəcək. Səfər Böyük Britaniya və Azərbaycan arasında ticarət münasibətlərinin inkişafına, həmçinin qeyri-neft və qaz, bərpa  olunan enerji, səhiyyə və İKT sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək.

“Böyük Britaniya və Azərbaycanın uzunmüddətli münasibətləri var və bu münasibətlər kommersiya və energetika sahəsindən kənara çıxır. Xalqlarımız arasında möhkəm əlaqələrimiz var və indi biz müstəqil ticarət tərəfdaşları olduğumuza görə bu əlaqələr bizi daha güclü edəcək.

“Prezident İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm. Böyük Britaniya  və Azərbaycan  hökumətlərarası birgə komissiyasının iclasında iştirak qeyri-neft və qaz sahələrindəki əlaqələrimizi gücləndirməyimizə kömək edəcək, çünki biz Azərbaycanı bərpa olunan enerji mənbələrinə keçid prosesində dəstəkləyirik”, – Qrem Stüart səfərqabağı deyib.

Nazir Stuart Britaniya təcrübə mübadiləsi yolu ilə Britaniya Şurasının təhsil və mədəniyyət sahəsində uğurlu işini müzakirə etmək üçün təhsil naziri ilə də görüşəcək. Nazir həmçinin dövlət və kommersiya sektorunda geniş sahələri təmsil edən Böyük Britaniya məzunları ilə görüşəcək.

Həmçinin oxuyun

Moskva iki həftə sonra sülhməramlıların komandanını niyə dəyişdi? – TƏHLİL

Qarabağda Rusiya sülhməramlılarının komandanı dəyişdi: Muradovu əvəzləyən Mixail Kosobokov cəmi iki həftə sonra yerini Gennadi …