Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Siyasət / “İlham Əliyevlə aramızda səmimi və açıq atmosfer yaranıb…”

“İlham Əliyevlə aramızda səmimi və açıq atmosfer yaranıb…”

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi növbəti online mətbuat konfransında bildirib ki, Qarabağ probleminə dair onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərində “açıq və səmimi atmosfer” formalaşıb.

“Yadımda deyil, mənim Azərbaycan prezidenti ilə neçə dəfə görüşmək fürsətim olub…Deyə bilərəm ki, biz birbaşa və açıq danışırıq, bu müzakirələr zamanı bizim aramızda birbaşa səmimi atmosfer formalaşıb”,-o deyib.

Paşinyan bu atmosferi “çox mühüm hesab etdiyini” deyib.

“Biz mövqelərimizi dəqiq fiksə edirik və bunu konstatasiya edirik ki, işləməliyik, belə ki, bizim bu günkü yanaşmalarımız məlumdur, publik olaraq səsləndirilib. Və biz başa düşürük ki, Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul həll tapmaq üçün işləməliyik. Bu az deyil, müzakirələrdə belə atmosferin olması mühümdür, hərçənd praktiki nəticələr yoxdur”,-Nikol Paşinyan bildirib. Virtualaz.org

Həmçinin oxuyun

İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar – TƏHLİL

Mayın 10-da Prezident İlham Əliyevin iş qrafiki kifayət qədər gərgin idi, ölkə başçısının həm Naxçıvan …