Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / “İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və ATƏT problemin müharibə yolu ilə həlli nin qarşısını almaq üçün öz imkanlarını işə salmışlar.

İran da bu tərəfdən özünü işin içinə daxil edilməsinə çalışır. Rusiyanın gələcəkdə bölgə ölkəsi kimi Türkiyənin də bu danışıqlar prosesinə daxil edilməsinə müsbət baxdığı bəyanatından sonra İran da özünü ortaya atıb. İran rəsmisi Arakçi (xarici işlər nazirinin müavini) ölkə ölkə gəzir, əlində də təkliflər.  Bu təklifləri Rusiyada, Ermənistanda və nəhayət Azərbaycanda da səsləndirib və təqdim edib. Rəsmi Tehran bu təkliflərində dövlətlərin ərazi bütövlüyü prinsipini qeyd edir. Eyni zamanda azsaylı xalqların da haqlarını müdafiə edəcəyini dilə gətirir. Bü prinsiplər məlum prinsiplərdir və ATƏT-in Minsk qrupu da bu prinsipi Azərbaycana sırımaq istəyirdi. Xeyir ola, İranın bunlar hardan ağlına gəldi. Əgər bu prinsiplər onun üçün məqbul prinsiplərdirsə, Cənubi Azərbaycanda yaşayan 35 milyon Azərbaycan Türkü üçün nədən tətbiq edilmir? Arakçin etdiyi təkliflərin içərisində Dağlıq Qarabağdan terrorçuların çıxarılması maddəsi var. Bu birbaşa erməni mövqeyidir. Məgər İran bilmir ki, burada terrorçuların vuruşması bir uydurmadır. Və Azərbaycanın buna heç ehtiyacı da yoxdur. Məlumdur ki, İran ATƏT-in üzvü deyil və regionda da tərəfsiz dövlət olmamışdır, günü bu günə Ermənistana yardım edir. Birinci Qarabağ savaşında biz onun vasitəçiliyini də görmüşük. Bu gün xilas etmək ərəfəsində olduğumuz Şuşanın işğalı onun vasitəçiliyi dövründə oldu və buna heç etiraz belə etmədi. O, Türkiyənin bölgədə rolunu azaltmaq üçün özünü ortaya atır. Erməniləri düşdükləri durumdan xilas etmək üçün belə bir diplomatik gediş edir. Bu uşağa da bəllidir. Bir sözlə, Iranın bu missiyası təhlükəli bir oyundur və həmin oyuna bu dövləti daxil etmək Azərbaycan qarşısına qoyduğu hədəflərə tamamilə ziddir. Prezident İlham Əliyev də deyir ki, üçüncü gücün müdaxiləsini istəmirik. Bu məncə Irana yaxşı bir mesajdır.
Qafar Çaxmaqlı, Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …