Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / İlham Əliyevin Qars və İqdırda bələdiyyə seçkisi ilə nə bağlılığı – ermənilərin yeni təxribatı…

İlham Əliyevin Qars və İqdırda bələdiyyə seçkisi ilə nə bağlılığı – ermənilərin yeni təxribatı…

Ermənistan mətbuatı ənənəvi böhtan kampaniyasını bu dəfə Türkiyədə keçirilən bələdiyyə seçkilərinin üzərindən etməyə çalışır. Bu xüsusda onlar qeyd edirlər ki, guya Azərbaycanla həmsərhəd olan İqdır və Qars kimi şəhərlərdə seçkinin nəticəsi Bakı ilə əvvəlcədən razılaşdırılır.

Bildirilir ki, guya İlham Əliyevin istəyilə Ərdoğan həmin əyalətlərdə öz partiyasından namizəd irəli sürməyib və həmin yerlərdə millətçilərin qalib gəlməsini istəyib. Erməni mətbuatı bunun səbəbini onunla izah edir ki, Azərbaycan bu gedişlə Naxçıvanla Türkiyəyə yaxın olan əyalətlərdə demoqrafik vəziyyəti dəyişməkdə, xüsusilə də kürdlərin sıxışdırılmasında maraqlıdır. Göründüyü kimi, erməni KİV-i yenidən İlham Əliyevin ünvanına əsası olmayan ittiham səsləndirir. Ən başlıcası isə onu qardaş ölkədə keçirilən seçki prosesinə müdaxilə etməklə əlaqələndirməyə çalışır.

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırma Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər” bildirdi ki, bu məsələdə ermənilərin məqsədləri bəllidir: “Biz həmin bölgə ilə sıx təmasda işləyirik. Mütəmadi olaraq Qars və İqdırda tədbirlər keçirmişik, müxtəlif layihələr icra etmişik. Erməni diasporunun həmin bölgədə çox aktiv fəaliyyət apardığını dəfələrlə vurğulamışıq. Ermənistan dövlət səviyyəsində məhz Türkiyənin həmin ərazilərinin onlara məxsus olduğu iddiasını irəli sürür. Hətta onların dövlər rəmzlərində belə Ağrı dağının rəsmi var. Buna görə də ermənilərin bu istiqamətdəki pozucu fəaliyyəti bizə qəribə gəlməməlidir. Ora bizim üçün də strateji əhəmiyət daşıyır. Təbii ki, ermənilərin istəyinin həyata keçməsinə yol verməməliyik. Cənab İlham Əliyev təcrübəli dövlət adamıdır. O heç vaxt başqa ölkənin daxili işinə qarışmaz. Bu onların böhtanına verilən birinci cavab. AKP-nin həmin bölgədən namizəd irəli sürməməsinə gəldikdə isə, bu, hakim partiyanın MHP ilə eyni ittifaqda seçkiyə qatılması ilə bağlıdır. Qars və İqdırda MHP güclü olduğu üçün, AKP oradan namizəd verməyib. Başqa bölgələrdə isə MHP AKP-yə yönəlik belə jestlər edib. Hər iki şəhərdə HDP-nin namizədi qalib gəlib. Bu səbəbdən də ermənilər belə yazıları verməklə kürdləri digər millətlərin üstünə qızışdırmaq niyyətini ortaya qoyurlar. Seçkilər göstərdi ki, Türkiyədəki demokratiya lazım olan səviyyədədir. Bu səbəbdən də seçkilərə əvvəlcədən müdaxilə yolverilməzdir. Bu faktların özü ermənilərin növbəti yalanını ifşa etmiş olur”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Fuad Qəhrəmanlı istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib. O, bu barədə …