Çərşənbə , Mart 3 2021
Ana səhifə / Siyasət / “İlham Əliyevin Qarabağ siyasəti tam bəhrəsini verdi” – Dmitri Savelyev

“İlham Əliyevin Qarabağ siyasəti tam bəhrəsini verdi” – Dmitri Savelyev

Prezident İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə Münxendə keçirilən debat əlamətdar hadisə idi. Çünki bu debat zamanı iki lider və ölkələr arasındakı uçurum bütün dünya siyasi elitası üçün aydın oldu.

Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AzərTAc-a müsahibəsində bildirib.

“Azərbaycan və Ermənistan liderlərinin Münxen müzakirəsindən danışmazdan əvvəl bu hadisənin tarixçəsini xatırlatmaq istərdim. Qarabağ münaqişəsinin yenidən eskalasiyasının başlanğıcı Nikol Paşinyanın “Artsax Ermənistandır və nöqtə” bəyanatı oldu. Ermənistan baş nazirinin sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən tənqid olundu, Prezident İlham Əliyev isə “Valday” Beynəlxalq Diskussiya Klubunun tribunasından birmənalı şəkildə bildirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”, bununla da o, erməni siyasətçilərinə ölkəsinin işğal olunmuş əraziləri azad etmək əzmində olduğunu çatdırdı”, – deyə rusiyalı deputat söyləyib.

D. Savelyev Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Münxendə keçirilən debatdan danışaraq deyib: “Tarix və beynəlxalq hüquqdan xəbəri olmayan Ermənistan baş naziri emosional təsirə ümid edərək artıq tükənmiş arqumentləri təkrarlayırdısa, İlham Heydər oğlu Əliyev beynəlxalq səviyyəli parlaq diplomat və siyasətçi olaraq çıxışını tarixi sənədlərə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq qururdu. İlham Heydər oğlu Əliyevin çox dəqiq ifadələrindən aforizm kimi sitat gətirmək olar”, – deyə o vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin Münxendə qarşı tərəfə verdiyi əsas mesaj olduqca aydın idi: “Danışıqlar Ermənistan tərəfinin hərəkətləri səbəbindən pozularsa, dərhal cavab tədbirləri görüləcək”. Lakin təəssüf ki, Ermənistan siyasətçiləri bu mesajı eşitmək və vaxtında nəzərə almaq istəmədilər.

D.Savelyev Dağlıq Qarabağ münaqişəsi prosesində Azərbaycan və Ermənistanın mövqeyini müqayisə edərək deyib: “Nikol Paşinyan səylərini problemin həllinə deyil, status-kvonun qorunub saxlanmasına yönəldərək ondan əvvəl aparılan siyasəti davam edirdi. Ermənistan tərəfi danışıqlarda qondarma “Dağlıq Qarabağ respublikası” nümayəndələrinin iştirakı ilə oyun qaydalarını yenidən yazmağa məntiqsiz cəhdlər etdi. Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri o vaxt təsdiq etdilər ki, formatı dəyişmək niyyətində deyillər”.

Deputatın fikrincə, bunun əksinə olaraq Azərbaycan Qarabağ münaqişəsinin həllində dəyişməz, prinsipial mövqe tutdu və onu ən yüksək kürsülərdən bəyan etdi. “Prezident İlham Əliyev həmişə bəyan edib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işğal altında olan ərazilərin azad edilməsindən sonra mümkündür. İşğala son qoyulduqdan sonra Dağlıq Qarabağ erməniləri azərbaycanlılar kimi bərabər hüquqlara malik olacaqlar, çünki Azərbaycan çoxmillətli ölkədir. Bu gün biz həmin tezislərin reallıqda həyata keçirildiyini görürük.

Prezident İlham Əliyev Azərbaycanın ədalətli mövqeyini beynəlxalq tribunalarda və KİV-lərə müsahibələrində müdafiə etməklə yanaşı, Azərbaycanın gücləndirdi, onun iqtisadiyyatını inkişaf etdirdi və siyasi mövqelərini möhkəmləndirdi. Bütün dünya bunun şahidi oldu. Həmçinin bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Bütün bunların nəticəsi olaraq Azərbaycan torpaqları otuz illik işğaldan azad olundu və dinc həyata qovuşdu. Bu, bütün azərbaycanlılar üçün qürur mənbəyidir. İlham Əliyevin Qarabağ siyasəti tam bəhrəsini verdi, Azərbaycan Prezidentinin adı isə əbədi olaraq ölkə tarixinə düşəcək”, – deyə Dmitri Savelyev yekunlaşdırıb.

Həmçinin oxuyun

Rəsul Quliyev sevindi, lideri olduğu partiyanın sədri onu qınadı – QALMAQAL

Ermənistan baş naziri Nikol Paşinyan martın 1-də İrəvanda on minlərlə insanın qatıldığı mitinq keçirdi. Baş …