Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Siyasət / İlham Əliyev yanğın baş verən əraziyə gəldi

İlham Əliyev yanğın baş verən əraziyə gəldi

Azərbaycan prezidenti İlham Əliyev bu gün Binəqədi rayonunda ötən gün yanğın baş vermiş Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baxıb, son vəziyyətlə yaxından tanış olub.

ANS PRESS xəbər verir ki, dövlət başçısına baş vermiş yanğının ilkin səbəbləri, hadisə zamanı və sonra görülən tədbirlər, eləcə də xəsarət alanların son vəziyyəti, bina sakinlərinin yerləşdirilməsi və s. məsələlərlə bağlı ətraflı məlumat verilib.

Prezident İlham Əliyev vəziyyətlə yaxından tanış olduqdan sonra bütün müvafiq tədbirlərin maksimum dərəcədə operativ görülməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, Azərbaycan prezidenti ötən gün Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Həmçinin oxuyun

Ərdoğan Bakıda Rəsulzadədən sitat gətirdi – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib. Türkiyə Prezidenti …

Bir cavab yazın