İyunun 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.
Azinforum.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan prezidenti və xanımı burada yaradılan muzeylə tanış oldular.
Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşdülər.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra dövlətimizin başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış oldular.