Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / İlham Əliyev “Şərq tərəfdaşlığı” sammitində çıxış edib

İlham Əliyev “Şərq tərəfdaşlığı” sammitində çıxış edib

Xəbər verdiyimiz kimi, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə bu gün “Şərq Tərəfdaşlığı” Sammitində iştirak edib.

Prezident İlham Əliyev sammitin plenar sessiyasına qatılıb. Ölkə başçısı sessiyada çıxış edib.

Sammitin plenar sessiyası başa çatandan sonra birgə foto çəkdirilib. Sonda dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. “Şərq tərəfdaşlığı” Azərbaycan da daxil olmaqla Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir.

Həmçinin oxuyun

“Xəyallarımız, hədəflərimiz puç oldu” – Paşinyanın qızı

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı …