Şənbə , İyul 20 2019
Ana səhifə / Siyasət / İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. Bir yüz səksən səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Həmçinin oxuyun

Sabiq nazirdən barəsindəki iddiaya reaksiya: “İndi seçki yoxdur ki, mənim də fikrim ya ola, ya da…”

Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə …

Bir cavab yazın