Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / İlham Əliyev Putinlə münasibətlərdən danışdı: “Aramızda qapalı mövzu yoxdur”

İlham Əliyev Putinlə münasibətlərdən danışdı: “Aramızda qapalı mövzu yoxdur”

“Bizim prezident Putinlə şəxsi münasibətlərimiz ikitərəfli əlaqələrin uğurlu inkişafı üçün mühüm amillərdən biridir. Keçirdiyimiz görüşlər, ikitərəfli formatda, çoxtərəfli formatda təmaslarımız ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə, qarşılıqlı anlaşmaya imkan verir”

Bunu Azərbaycan prezidenti İlham Əliyev TASS agentliyinin baş direktor müavini Mixail Qusmana müsahibəsində bildirib.

Ölkə başçısı vurğulayıb ki, onunla prezident Putin arasında çox etibarlı münasibətlər mövcuddur: “Bizim aramızda qapalı mövzu yoxdur. Əgər müdaxiləmizi tələb edən hansısa suallar meydana çıxırsa, mütləq zəngləşirik və ya görüşürük”.

Prezident hesab edir ki, bu amil ikitərəfli münasibətlərdə mühüm amildir və dövlətlərarası əməkdaşlıqda vacib rol oynayır.

“Fikrimcə, daha çox şəxsi, qarşılıqlı etimada söykənən münasibətlərimizin sayəsində əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldıra bilmişik. Hansı ki, bu haqda həm Rusiya, həm Azərbaycan bəyan edir”, – deyə prezident İlham Əliyev qeyd edib.

Həmçinin oxuyun

Qələbə yürüşlərində Rusiya bayrağının səbəbi – Açıqlama

10 noyabr sənədinin imzalanmasından sonra rayonların işğaldan azad edilməsini bayram edənlərin  Bakı küçələrində Rusiya bayraqlarını …