Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / İlham Əliyev Putini əmin etdi: Kilsələri və monastırları qoruyuruq

İlham Əliyev Putini əmin etdi: Kilsələri və monastırları qoruyuruq

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə söhbətində Dağlıq Qarabağla bağlı razılıqların reallaşdırmasının aspektlərini müzakirə edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı atəşkəsə əməl olunmasından və təmas xəttindəki vəziyyətin sakit olmasından məmnunluq ifadə edilib.

Putin Əliyevlə söhbətində üçtərəfli bəyannaməyə uyğun olaraq Azərbaycan Respublikasına qaytarılmış bölgələrdə xristian kilsələrinin və monastırların olduğuna diqqət çəkib. Bu ziyarətgahların təhlükəsizliyinin və normal kilsə fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulanıb.

Azərbaycan Prezidentinin bununla bağlı məsələnin anlayışla qəbul etdiyini və Azərbaycan tərəfinin məhz bu zəmində hərəkət edəcəyini qeyd edib.  Virtualaz.org

Həmçinin oxuyun

“Millətin ayağından daş kimi asılıb qalmış adamlar…” – Qulu Məhərrəmli

Sentyabrın 27-si başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyəti misli görülməmiş həmrəylik nümayiş etdirdi. …