Şənbə , Yanvar 22 2022
Ana səhifə / Siyasət / “İlham Əliyev ölkəni nə Avrasiya İttifaqına, nə də KTMT üzv etməyəcək”

“İlham Əliyev ölkəni nə Avrasiya İttifaqına, nə də KTMT üzv etməyəcək”

“Rusiya prezidenti V. Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan telefonla Qarabağı müzakirə ediblər. Ermənistanın Kəlbəcərdə təxribatları və bu fonda iki dövlət başçısının Qarabağı müzakirə etməsi Rusiyanın Azərbaycana qarşı müəyyən təzyiqlər etməsidir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Regionda baş verənləri şərh edən politoloq Rusiyanın Azərbaycanın Avrasiya İttifaqına və KTMT qəbul olunmasına çalışdığını qeyd edib:

“Bu istiqamətdə Ermənistanla mövcud anlaşmaların yerinə yetirilməsini pozur. İndiki situasiya məhz Kremlin siyasətidir. Baş verənlər Azərbaycanı geri addım atmasına gətirib çıxarmayacaq. Prezident İlham Əliyev ölkəni nə Avrasiya İttifaqına, nə də KTMT üzv etməyəcək. Rusiyanın bu siyasəti baş tutmayacaq”.

“Rusiyanın Ermənistanla Azərbaycan arasında normallaşma prosesini pozmasına gəldikdə isə, bu Ankara ilə Moskva arasında problemə gətirib çıxara bilər. Ankara regionda Qarabağ müharibəsindən sonra dəyişən əlverişli geosiyasi nizamı Rusiyaya güzəştə getməyəcək”, – deyə M.Əsədullazadə qeyd edib.

Həmçinin oxuyun

“Kərim Şükürov arxayınçılıq hissinə qapılmasın, HÖRÜMÇƏK çox kinli və qərəzlidir”

Deyəndə ki,  Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin yeri deyildi, məni prezidentin qərarına qarşı çıxmaqda …