Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Siyasət / İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi – FOTO

İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi – FOTO

Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya Azərbaycan Res­publikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

ARAF-dan verilən məlumata görə, kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.
Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birlikdə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəl­ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkür edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1956-cı ildə Nikita Xruşşov kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) artıq Qarabağ atı hədiyyə edib. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.

İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi -  FOTO
İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi -  FOTO
İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi -  FOTO
İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi -  FOTO
İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi -  FOTO

Həmçinin oxuyun

“Azərbaycanın Ukraynaya yardımı digər regionlara nümunə olub” – Səfir

“Şadam ki, növbəti görüşümüz simvolik yerdə – Bakının hava limanında baş tutur. Məhz buradan Azərbaycanın …