Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Siyasət / İlham Əliyev İraqın neft nazirini qəbul etdi

İlham Əliyev İraqın neft nazirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də İraqın neft naziri İhsan Əbdül Cabbarı qəbul edib. 

Görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edildi, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirildi. Qeyd edildi ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirildi ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.

Söhbət zamanı dövlətimizin başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirildi.

Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olundu.

Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Həmçinin oxuyun

Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi (VİDEO)

“Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq”.Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber …