Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İlham Əliyev Cocuq Mərcanlı sakininə orden verdi

İlham Əliyev Cocuq Mərcanlı sakininə orden verdi

Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd olunur ki, doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Xatırladaq ki, O.Həziyev 20 ildir Cocuq Mərcanlı kəndində yaşayır.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın