Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / “İlham Əliyev bütün Cənubi Qafqazın lideridir” – Şahnazarov

“İlham Əliyev bütün Cənubi Qafqazın lideridir” – Şahnazarov

Hazırda Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet məkanında 30 il ərzində Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrilib.

Bunu erməni əsilli rusiyalı məşhur rejissor, Rusiyanın Xalq artisti, “Mosfilm”in baş direktoru Karen Şahnazarov “Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində deyib.

Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin güclənməsi Prezident İlham Əliyevin bütün regionun siyasi lideri olmağa iddia etməsinə imkan verir.

“O, yaxşı bir məktəbə sahib olan görkəmli, ağıllı siyasətçidir və bu, qeyd-şərtsizdir. Bu halda ona qarşı kimin nə sözü ola bilər ki? Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, Cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”, – Şahnazarov qeyd edib.

Həmçinin oxuyun

Qələbə yürüşlərində Rusiya bayrağının səbəbi – Açıqlama

10 noyabr sənədinin imzalanmasından sonra rayonların işğaldan azad edilməsini bayram edənlərin  Bakı küçələrində Rusiya bayraqlarını …