Cümə , Yanvar 21 2022
Ana səhifə / Siyasət / “İlham Əliyev başladığı siyasətin real finişinə yaxınlaşır. Uğurlar”

“İlham Əliyev başladığı siyasətin real finişinə yaxınlaşır. Uğurlar”

“Prezidentin Brüssel səfər Azərbaycanı qərbə daha çox yaxınlaşdırmaq şansına malikdir. Mən əminəm ki, Prezident Əliyevin təcrübəsi, problemləri (post sovet məkanında) dərindən bilməsi Aİ-nın rəhbərliyini qane edəcək”.

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O bildirib ki, Soçidə Putinə isti münasibət bəsləməsi, onun problemlərin həll edilməsində əsas fiqur olduğunu deməsinə baxmayaraq Paşinyanın ən böyük arzusu Rusiyanın Böyük qardaşlığından xilas olmaqdır:

“Belarusdan başqa keçmiş SSRİ-nin 14 ölkəsinin hamısı Putindən yaxasını qurtarmaq istəyir. Lukaşenko Rusiyaya məhəbbətdən ölkəsini Putinə satıb. Sadəcə olaraq bu adamı öz milləti qəbul etmir, ona görə Putinin quluna çevrilib. 

Həm də Rusiyanın həmişə zəiflərə qarşı aqressor olduğu bütün dünyaya məlumdur. Bu günlərdə keçirilən 7-lərin iclasında Putinə çox ağır mesaj verildi. Başqa dillə desək, Putinə açıq tekstlə bildirildi ki, əgər Ukraynaya aqresiya olsa Rusiyanın axırına çıxacağıq. Putin Rusiyanı darmadağın edəcək. 

Rusiyadan Tatarıstan, Başqırdıstan, Qafqaz ölkələri və sair ayrılmaq üçün cəhd edəcək. Kalininqrad referendum yolu ilə yenidən Könsberq kimi Almaniyanın növbəti ştatına çevriləcək. Bu prosesləri Putin aqressiyası ilə tezləşdirir. 

Prezident Əliyev Qafqazın aparıcı respublikası və ağsaqqalı funksiyasını öz üzərinə götürməlidir. Gürcüstan Rusiya olan heç bir ittifaqa daxil olmaz. Ona görə əvvəldən nəzərdə tutulan 4-lük ittifaqına, yəni Türkiyə-Gürcüstan-Azərbaycan-Ermənistan ittifaqına qayıtmaq lazımdır. Prezident İlham Əliyev 2020-ci ilin axırından başladığı geopolitik siyasətinin real finişinə yaxınlaşır. Uğurlar”.

Həmçinin oxuyun

“Bakıdan yazılı cavab gözləyirik“ – Armen Qriqoryan

“Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib, lakin hələlik cavab almayıb”. Yenisabah.az …