Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / İlham Əliyev “Azəravtoyol”un yeni binasının açılışında da iştirak edib

İlham Əliyev “Azəravtoyol”un yeni binasının açılışında da iştirak edib

Aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında da iştirak edib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına inzibati binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 1,7 hektar sahəsi olan bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.

İnzibati binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, dahi rəhbərin həyatı və siyasi fəaliyyəti ilə bağlı fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin dövlətimizin başçısının Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar da var.

“Azəravtoyol” ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Binada müasir yeməkxana, 252 yerlik akt zalı, müxtəlif təyinatlı liftlər quraşdırılıb.

Prezident İlham Əliyevin 2016-cı il 9 mart tarixli Fərmanı ilə “Azəryolservis” ASC-nin adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb. Həmin fərmana əsasən, “Azəravtoyol” ASC ölkəmizin avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir. ASC-nin inzibati ofisi, investisiyaların idarə olunması üzrə işçi layihə qrupları və “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC bu inzibati binaya köçürülüb. Burada işçilər üçün ümumilikdə 210 kabinet yaradılıb. Bina ən müasir havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. İnşaat işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunub. Orijinal interyeri ilə seçilən binada müasir videomüşahidə və kompyuter sistemləri quraşdırılıb. Burada yeni rəqəmsal rabitə sistemi şəbəkəsi qurulub. Binanın dam örtüyünün konstruksiyası tamamilə yenilənib.

Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb və meydançalara asfalt-beton örtük çəkilib, səkilər qurulub. Binanın elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə transformator yarımstansiyası tikilib. Su təchizatını təmin etmək üçün isə anbar inşa olunub.

Azərbaycan prezidenti İlham Əliyev kollektivə uğurlar arzulayıb.

Həmçinin oxuyun

Fransa hökuməti Qarabağı tanımadığını bildirir

Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jean-Baptiste Lemoine hesab edir ki, separatçı Dağlıq Qarabağın birtərəfli …

Bir cavab yazın