Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / “İlham Əliyevə verilən orden digər Türk cümhuriyyətlərinin rəhbərlərinə bir mesaj idi”

“İlham Əliyevə verilən orden digər Türk cümhuriyyətlərinin rəhbərlərinə bir mesaj idi”

İstiqlalçı millət vəkili Vahid Əhmədov dünən İstanbulda baş tutan möhtəşəm mərasimi və qəbul edilən qərarları şərh edib.

Belə ki, deputat bildirib ki, VIII Zirvə görüşündə müzakirə olunan taleyüklü məsələlər, səsləndirilən bəyanatlar hesab edirəm ki, təkcə Türkdilli ölkələrin deyil, bölgənin taleyində əhəmiyyətli rol oynayacaq:

“Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin Ali ordenlə təltif edilməsi isə gerçəkdən böyük tarixi hadisə hesab oluna bilər. Mən mübaliğəsiz deyərdim ki, Ali Baş Komandan bu ordenə anasının ağ südü kimi haqq etdi. Bəli, ötən ilki şanlı zəfər mücadiləmizdə İlham Əliyev dünyanın oyun qaydalarını, beynəlxalq hüququn mahiyyətini, beynəlxalq birliyin qəbul etdiyi qərarların icrasında nə dərəcədə səmimi olub-olmadıqlarını bütün çılpaqlığı ilə ortaya qoymaqla əslində dünya siyasətində böyük inqilabi dəyişikliyin əsasını qoydu. 44 günlük Vətən Savaşında o, təkcə müzəffər Ali Baş Komandan olmadı, dünyanı idarə edən qlobal güclərin ikibaşlı oyunlarını ifşa etdi, peşəkar diplomat və informasiya siyasəti uzmanı kimi bütün bəşəriyyəti öz çoxgedişli kombinasiyaları ilə heyrətləndirməyi bacardı. Bu baxımdan deyərdim ki, obrazlı çıxsa da onun dəmir yumruğu təkcə Ermənistan ordusuna deyil, illərdir bu işğalçı ölkəyə havadarlıq edənlərin də təpəsinə endirilmiş oldu. 

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı xoş sözləri və İlham Əliyev haqqında səsləndirdiyi fikirləri diqqətlə analiz etmək lazımdır. Əslində İlham Əliyevə verilən o ödül başqa Türk cümhuriyyətlərinin rəhbərlərinə də bir mesaj idi ki, yaşı az olsa da İlham Əliyev hamınızın ağsaqqalı olmağa haqq edir və onun cəsarətindən, məharətindən, qlobal güclərə qarşı dirənişindən dərs götürün və zülmə, çeşidli basqılara boyun əyməyin. Əslində dünənki sammit 300 milyonluq Türk coğörafiyasının – Turanın taleyinin müəyyənləşdirəcək bir yol xəritəsi oldu. Hesab edirəm ki, bu təşkilatın üzvlərinin sayı artacaq və İlham Əliyevə təqdim olunan o ali ordenin şəfəqləri bölgə xalqlarınına günəş kimi doğacaq. Ərdoğanın çox gözəl sözü var ki, dünya beşdən böyükdür. Dünənki sammit və qəbul olunan qərarlar dünyanın beşdən böyük olduğunun əməli ifadəsidir və bu proses davamlı olacaq. Dünya dəyişikliklər ərəfəsindədir. Son vaxtlar tez-tez belə bir fikir işlədilir ki, postpandemiya dönəmində dünya başqa bir dünya olacaq, daha doğrusu, olmağa məhkumdur. Amma mən deyirəm ki, hətta pandemiya olmasaydı belə, dünya dəyişikliklər astanasında idi. Çünki beynəlxalq hüquq artıq ölməkdə idi, bu hüququn qorunmasına cavabdeh olan qlobal güclər də iflasa uğramışdı. Ona görə də əminliklə söyləyə bilərik ki, yaşadığımız əsr Türk əsri olacaq və biz dünya siyasətində öz layiqli yerimizi alacağıq. Bu möhtəşəm tarixi anlara görə bütün xalqımızı ürəkdən təbrik edirəm, 44 günlük qələbədən sonra yaşadığımız bu fərəhli, qürurlu günləri Allah bu millətə, bu məmləkətə çox görməsin!”. Moderator.az

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …