Ana səhifə / Siyasət / İlhamədən məşəl açıqlaması: “Narahat olmayın, qaça da bilirəm…”

İlhamədən məşəl açıqlaması: “Narahat olmayın, qaça da bilirəm…”

“Heç kəs narahat olmasın. Yaxşıca gəzə də bilirəm, qaçmağı da bacarıram. Məşəli də əlimdə tutacam”. ”

Bu sözləri modern.az saytına açıqlamasında xalq artisti İlhamə Quliyeva I Avropa Oyunları üçün seçilən 150 məşəlçidən biri olmasına irad tutanlara, bunu sosial şəbəkədə müzakirə edənlərə cavab olaraq bildirib.

Xalq artisti deyib ki, məşəlçi kimi ona etibar olunmasından qürür duyur: “Mən çox xoşbəxt sənətkaram ki, dövlətimiz və nazirliyimiz məni belə bir möhtəşəm bir tədbirdə məşəli daşımağa layiq bilib. Bəzi adamlar bunu həzm edə bilmirlər. Bəziləri paxıllıqlarından məni qısqanırlar. Heç kəs narahat olmasın, gəzə də, qaça da bilirəm…

Mən necə lazımdı o məşəli daşıyacam. Nə ayaqlarım ağrıyır, nə də canım, çox da sağlamam. Sağ olsunlar Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov. Onlar məni rəsmi olaraq oyunlarla bağlı böyük məclisə dəvət etdilər. Həmin məclisdə Arif Babayev, Amaliya Pənahova, Alim Qasımov, Ağaxan Abdullayev kimi sənətkarlar da var idi. Nazir məclisdə bildirdi ki, “biz bura ancaq qaymaqları dəvət eləmişik”. Mən də o qaymaqların bir damlasıyam…”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın