Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İlhamə Quliyevanın zəhərlənərək öldürülməsi ehtimalı araşdırılır

İlhamə Quliyevanın zəhərlənərək öldürülməsi ehtimalı araşdırılır

“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Burosuna ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.

Bunu jurnalistlərə İ.Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.

O bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək. (“Report”)

*   *   *15:10

Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi sabah saat 12:00-dan 14:00-dək Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək.

Trend-ə verilən məlumata görə, xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

*   *   *14:51

Xalq artisti İlhamə Quliyevanın meyiti Respublika Mərkəzi Klinik Xəstəxanasına aparılıb.

Onun cəsədi burada ekspertizadan keçiriləcək.

İ.Quliyevanın bacısı qızı onun harada dəfn olunacağı barədə də jurnalistlərə məlumat verib. O bildirib ki, xalq artisti anası Tükəzban İsmayılovanın yanında dəfn ediləcək. Qeyd edək ki, T.İsmayılovanın qəbri II Fəxri Xiyabandadır.

Mədəniyyət və Turizm Nazirliyindən isə lent.az-a bildirilib ki, İ.Quliyevanın harada dəfn ediləcəyi hələ ki dəqiqləşdirilməyib.

*   *   *13:15

Bir neçə saat əvvəl dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın evinə heç kim buraxılmır.

Müğənninin Qutqaşınlı küçəsində yerləşən mənzilinin qarşısında olan “Qafqazinfo”nun əməkdaşları bildirirlər ki, bina hazırda polis tərəfindən mühafizə olunur.

Polis əməkdaşları bildiriblər ki, hazırda içəridə müğənninin iki qohumu və Əli Mirəliyevdən başqa heç kim yoxdur.

Onlar qeyd edib ki, hüquq- mühafizə orqanlarının rəhbərləri də hadisə yerinə gələcəklər. Binanın qarşısında təcili tibbi yardım maşını dayanıb.

Xalq artistinin meyiti ekspertizaya aparılacaq.

*   *   *12:30

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib.

Bu barədə məlumatı sputnik.az-in hadisə yerində olan müxbiri də təsdiqləyib.

Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından sayta bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq.

Sayt əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıb.

Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.

İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Müğənni Tükəzban İsmayılovanın qızıdır. Bir oğul övladı var.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın