Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Siyasət / İlhamə Quliyevanın vəkili: “Deyirdi, nəyim varsa, nəvəmə verəcəm”

İlhamə Quliyevanın vəkili: “Deyirdi, nəyim varsa, nəvəmə verəcəm”

Xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova mərhum sənətkarın mirasının kimə qalacağı barədə danışıb.
Lent.az-a açıqlama verən vəkil bildirib ki, İ,Quliyeva onunla mirasi barədə söhbət edib: “Mən illərdir İlhamə Quliyevanın yanında olmuşam, amma eşitməmişəm, desin ki, mirasım orduya və ya dövlətə qalsın. Amma bir dəfə İlhamə xanımdan soruşdum ki, sizdən sonra oğlunuzun vəziyyəti necə olacaq? O da mənə dedi ki, nəvəm Ruslanı çox istəyirəm, mənim nəyim varsa, nəvəmə verəcəm. Yəni həmin vaxt nə gəlinin, nə də oğlunun adını çəkmədi. Mən dedim, bəlkə vərəsəlik verəsiniz?  O da mənə dedi ki, vərəsəlik hazırlamışam, oxuyarsan, baxarsan. Hətta söylədi ki, onda olan əmlakdan başqa, nəvəsinin adına şəhərin mərkəzində iki otaqlı mənzil alıb, qoymuşam, ola bilər, Ruslanın ad günündə ona hədiyyə edim. Mən də dedim ki, bəlkə indi verəsiniz? Söylədiki yox, ancaq ad günündə”.
Vəkilin sözlərinə görə, İ.Quliyeva deyirmiş ki, hər bir şeyə baxmayaraq Orxan onun oğludur: “Deyirdi, onu heç zaman çölə atmaram. Adətən ana öləndə miras övlada qalır. Bu, belədir. Orxan ölməyib ki? Miras Orxana qalmalıdır. Orxan yoxdursa, İlhamə xanımın bacısı var”.

Həmçinin oxuyun

Səfir: “Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır”

“Fransa Ermənistan və Gürcüstan kimi, Azərbaycanın da hər zaman dostu olub və istisnasız Cənubi Qafqazın …

Bir cavab yazın