Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / İlhamə Quliyevanın oğlundan ölkəni tərk etməmək barədə iltizam alınıb – YENİLƏNİB

İlhamə Quliyevanın oğlundan ölkəni tərk etməmək barədə iltizam alınıb – YENİLƏNİB

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılıblar. 
Musavat.com-a daxil olan məlumata görə, xaricdən ölkəyə gələn Orxan Nadirovla Vüqar Bəşirovun saxlanılmasının səbəbi hələlik məlum deyil. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
Haqqin.az saytı bu məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Binəqədi Rayon Polis İdarəsindən məlumat veriblər ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov Binəqədi Rayon Polis İdarəsində olublar. Hər iki şəxsdən heç yerə getməmək haqda iltizam alınıb.
Saytın yazıb ki, O.Nadirov və onun tanışının azad edilməsi heç də onların barəsində cinayət işinin başlanmadığını söyləməyə əsas vermir. Hələlik O.Nadirovla V.Bəşirovun istintaqa cəlb edilmələrinin səbəbi açıqlanmır.
Qeyd edək ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.
“Ekstazi işi”nin əsas fiqurantları sırasında O.Nadirovdan savayı Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlınin, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənovun və daha 11 nəfərin adı keçirdi.
İttiham aktına əsasən, onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurdular.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın