Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İlhamə Quliyevanın bacısı: “Əli Mirəliyev konkret olaraq…” – Miras QALMAQALI

İlhamə Quliyevanın bacısı: “Əli Mirəliyev konkret olaraq…” – Miras QALMAQALI

Mərhum müğənni İlhamə Quliyevanın mirası ətrafındakı qalmaqal tez-tez gündəmə gəlməkdədir. Bunun əsas səbəbi isə mərhum müğənninin qohumu Əli Mirəliyevin mirasla bağlı verdiyi açıqlamalardır. 
Onun “Sənətsevər” verilişində verdiyi son açıqlama da bu məsələdə bəzi məqamları ortaya çıxardıb. Əli Mirəliyevin sözlərinə görə, mərhum İlhamə Quliyeva ana tərəfdən olan qohumlarını heç vaxt görmək istəməyib.
Əli Mirəliyev bunun səbəbini isə belə izah edib: “İlhamənin mirası uğrunda onun ana tərəfi mübarizə aparır. Sağlığında xalası qızları və oğlanları bir dəfə də onun evinə gəlmirdi. Heç bilmirdilər ki, evi harada yerləşir. Sən sağlığında onun qapısını açmırdın, indi necə gəlib, mirasa yiyələnməyə çalışırsan? Həmişə deyirdim ki, gedin, xalanız qızına baş çəkin. Etiraz edirdilər… İlhamə Quliyeva sağlığında demişdi ki, ölsəm, anam tərəfi evimə buraxmayın”.
Mərhum xalq artistinin bacısı Gülbahar Quliyeva Əli Mirəliyevin bu açıqlaması barədə musavat.com-a danışaraq, məsələyə öz münasibətini bildirib: “İlk öncə onu deyim ki, jurnalistlərə açıqlama verərək, demişdim ki, bu məsələlər barədə bir daha danışmayacam, məni narahat etməsinlər. Lakin Əli Mirəliyevin bu açıqlaması barədə onu deyə bilərəm ki, o, İlhamə xanımın ana qohumlarını nəzərdə tutub. Biz bacılar ana deyil, ata tərəfin qohumlarıyıq. Əli Mirəliyev konkret olaraq, ana tərəfi nəzərdə tutur”.
Qeyd edək ki, İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov müğənninin xalası nəvəsidir. Əli Mirəliyev müğənninin mirasının onun oğulluğuna qalması ilə bağlı dəfələrlə etiraz dolu açıqlamalar verib. O, tez-tez vurğulayır ki, O.Nadirov müğənninin qanuni oğulluğu olmadığından ona heç bir miras düşmür.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın