Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İlhamə Quliyeva Flora Kərimovanı odla yandırmaq istəyir

İlhamə Quliyeva Flora Kərimovanı odla yandırmaq istəyir

Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun barəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Azinforum.az xəbər verir ki, İ.Quliyeva ölkə.az-a açıqlamasında bildirib ki, əgər məsləhət bilinsəydi, məşəl Flora Kərimovaya həvalə edilərdi:

“Niyə sən bu qədər alçalırsan? Lazım bilsəydilər, səni dəvət edərdilər. Sənin vətənə heç bir xidmətin olmayıb, heç vaxt vətəninə sadiq olmamısan, torpağın qədrini bilməmisən. Xalq bilir sən ömrün boyu hansı məzhəbə qulluq etmisən. Mən bu gün üzdəyəm. Nazir iclasda da dedi ki, biz bura sənətin qaymaqlarını dəvət etmişik. Orada Arif Babayev, Alim Qasımov, Ağaxan Abdullayev də var. Amma mən xüsusi dəvət olunmuşam. Sənə yazığım gəlir. Çünki heç bir dəftərdə adın yoxdur. Sənə təklif etsəydilər, imtina edərdin? Axı sənə deməzlər. Sən torpaq satmısan, dövlət, xalq, bayraq qədri bilməmisən. Səni tanıyanlar gülür ki, gah o başa getdin, gah bu başda süründün, gah döyüldün, başının parikin yerlərdə süründü. Hələ dilin də var danışmağa? Yaxşısı budur məhkəmədə mənə uduzduğun üç min manatı göndər. Göndərməsən, səni həbs etdirəcəyəm. Yazığım gəlirdi, amma gördüm ki, sən başa düşmürsən. Məni xalqım, dövlətim sevir. Bayrağıma, torpağıma qurban olum. Belə o məşəli əlimə alacağam. Yanımda olsan, səni o məşəllə yandıracağam”.

Xatırladaq ki, Flora Kərimova azvision.az-a açıqlamasında İlhamə Quliyeva barəsində bu ifadələri səsləndirmişdi:

“Kimsə bizi bütün dünyaya güldürmək istəyir. Görün, nə günə qalmışıq ki, layiqli adamlar qala-qala məşəlin daşınmasını İlhamə Quliyevaya həvalə ediblər. Yəni bu olimpiadanın qiyməti İlhamə Quliyevadır? Açsınlar sosial şəbəkələri xalqın arasında onun nüfuzuna baxsınlar. Düşündülər ki, layiqli sənətçilər, layiqli idmançılar nə deyəcək? Kimsə Azərbaycanı bütün dünyaya çox yaxşı güldürmək istəyir. Məşəli Azərbaycanın adına şöhrət gətirən, bayrağmızı bütün yarışlarda qaldıran, o bayrağı fərəhlə çiyninə atıb gəzdirən, himni gözüyaşlı səsləndirən cavanlar aparlmalıdır. Nə olsun ki, sənətkaram. Bu yaşımda mənə yaraşmır və buna ixtiyarım yoxdur. Çünki bu məşəli daşımağa məndən əvvəl Azərbaycan bayrağını dünyada tanıdan, yüksəklərə qaldıran insanlar layiqdir”

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın