Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İlhamə Quliyeva diplomatik pasportu hansı statusa görə əldə edibmiş – QANUN NƏ DEYİR? – video

İlhamə Quliyeva diplomatik pasportu hansı statusa görə əldə edibmiş – QANUN NƏ DEYİR? – video

Fevralın 25-də vəfat edən Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın diplomatik pasportu var imiş.

TURKUSTAN.info bildirir ki, bu fakt Xalq artistinin vəfat etdiyi gün, onun qohumu müğənni Əli Mirəliyev tərəfindən jurnalistlərə nümayiş etdirilib. Ancaq, pasportun qırmızı rəngdə olması o qədər də diqqət çəkməyib.

Qeyd edək ki, diplomatik pasport Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müəyyən kateqoriyalı dövlət məmurlarına verilir. Və aşağıdakı qanunun müvafiq maddəsi ilə tənzimlənir.

 

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu

 

Maddə 6. Diplomatik pasport

Diplomatik pasport Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən:

1) öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Nazirlər Kabinetinin üzvlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin hakimlərinə, apellyasiya məhkəmələrinin sədrlərinə, Baş prokurora və onun müavinlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Məhkəmə-Hüquq Şurasının üzvlərinə, Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoruna , Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının sədrinə, Azərbaycan Respublikası Prezidenti, Milli Məclisi, Hesablama Palatası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi aparatlarının rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilərə), mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, diplomatik xidmət əməkdaşlarına, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və onun müavinlərinə, Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə və sədr müavininə, Naxçıvan Muxtar Respublikasının Prokuroruna;

2) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və istisna hallarda Azərbaycan Respublikası xarici işlər nazirinin sərəncamına əsasən beynəlxalq kon dranslarda, müşavirələrdə və danışıqlarda, BMT Baş Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında, dövlətlərarası görüş və əlaqələrdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin üzvlərinə və xüsusi nümayəndələrə;

3) Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisi sədrinin, Baş nazirinin, Konstitusiya Məhkəməsi sədrinin, xarici işlər nazirinin, habelə xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə birlikdə gedən arvadına (ərinə) və 18 yaşına çatmış ərdə olmayan qızına verilir;

4) diplomatik korrespondensiyaları daşıyan feldyeger rabitəsi orqanının əməkdaşlarına verilir.

Diplomatik pasportun verilməsi üçün dövlət rüsumu alınmır.

Diplomatik pasportda onun sahibinin yetkinlik yaşına çatmamış uşaqları yazıla bilər və belə halda pasporta onların fotoşəkilləri də yapışdırılır. Sahibi olmadan bu pasportdan ailə üzvlərinin ölkədən getmək və ya ölkəyə gəlmək üçün istifadə etməsi qadağandır.

Diplomatik pasport onun sahibinə beş il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddətə verilir.

Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin sədrinə, Baş nazirinə, Konstitusiya Məhkəməsinin sədrinə, xarici işlər nazirinə isə diplomatik pasport ömürlük verilir.

Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün səlahiyyətli şəxslər diplomatik pasport sahibinə, həmin pasportda yazılmış şəxslərə sərhədi sərbəst və təhlükəsiz keçməkdə, digər zəruri hallarda kömək və havadarlıq göstərməyə borcludurlar.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın