Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Siyasət / İlahiyyatçıdan eşşək əti “FƏTVASI”: “Yeyə bilərsiz..”

İlahiyyatçıdan eşşək əti “FƏTVASI”: “Yeyə bilərsiz..”

Azərbaycanda bir sıra heyvanlarla yanaşı eşşək ətinin də yeyilməsi birmənalı olaraq qəbul edilmir.
Bəs, İslam dinində eşşət əti haram buyrulurmu?
Mia.az xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri Unikal.org-a danışıb. O vurğulayıb ki, Quranda haram buyrulan heyvan ətləri ilə bağlı məlumat var: “Amma bu məlumatlar arasında at və eşşək ətinin haram olması ilə bağlı heç nə qeyd olunmur. Quranda qadağa olmadığı üçün istənilən müsəlman eşşək və at ətini yeyə də bilər, yeməyə də. Bu məsələdə heç kimin zövqünü dəyişmək olmaz”.
Qeyd edək ki, bir müddət əvvəl unikal.org Azərbaycanda 5 min eşşəyin yoxa çıxması ilə bağlı məlumat dərc etmişdi. Apardığımız araşdırma zamanı məlum olub ki, onlar kəsilərək əti dönərxanalara, kolbasa sexlərinə təhvil verilib.

Həmçinin oxuyun

Surət Hüseynov kimin agenti olub?

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin bu günlərdə 4 İyun Gəncə olaylarıyla bağlı  Azpolitika.info saytına …

Bir cavab yazın