Ana səhifə / Siyasət / İki partiya birləşdi, Ramil Hüseynov yenidən sədr seçildi

İki partiya birləşdi, Ramil Hüseynov yenidən sədr seçildi

Azərbaycanda iki partiya birləşdi.

Belə ki, 22 yanvar 2022 il tarixində Dirçəliş və Tərəqqi Partiyasının onlayn qaydada qurultayı keçirildi. Qurultayda partiyanın nizamnaməsinə müəyyən dəyişikliklər edilməsi səsə qoyularaq qəbul edilib.

Qurultayda partiyanın yeni sədrin seçilməsi, nizamnamədə dəyişiklik və partiyanın adının dəyişdirilməsi muzakirə olunub, səsə qoyulub. Birləşmiş partiyanın sədri Ramil Hüseynov seçilib. Nizamnamədə dəyişikliklər qəbul olunub və partiyanın adının dəyişdirilməsi ilə bağlı məsələdə səsə qoyulub və qəbul olunub. Ümumilikdə qurultay müvəffəqiyyətlə işini bitirib, seçkili orqanlara numayəndələr və Mərkəzi İdarəetmə Qurumu seçilib.

Bundan sonra 1992 ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə Yeni Yol Partiyası birləşib bir adla fəaliyyət göstərəcək.

Qurultayda yekdilliklə partiya sədri seçilən Ramil Hüseynovun verdiyi açıqlamada qeyd olunur ki, hər iki partiya bir ad altında birləşdi və partiyanın sədri özü seçilib: “İki partiyanın birləşməsi gücümüzə güc qatacaq və əminliklə ifadə edirəm ki, Partiyamız bundan sonra da xalqımızın sosial rifahının yaxşılaşmasında, dövlətimizin inkşafında öz töhvəsini verəcək. Qurultay bitdi və sənədlər Ədliyyə nazirliyinə göndəriləcək. Bəzi prosedur qaydalar bitəndən sonra fəaliyyət planımız barədə mətbuata geniş açıqlama verəcəyik. Xalqımız və bizim üçün uğurlu olsun”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …