Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / İki nazirlik və İcra Hakimiyyətində audit yoxlaması aparılıb

İki nazirlik və İcra Hakimiyyətində audit yoxlaması aparılıb

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. 
Mia.az Palataya istinadla xəbər verir ki, iclasda Azərbaycan Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin layihəsinə verilmiş rəy müzakirə olunub.
Rəydə Fondun büdcə layihəsi, habelə vəsaitinin 2020-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilib, onların təsdiq edilməsi barədə müvafiq fərman layihəsinin Fondun Müşahidə Şurasına təqdim edilməsi üçün quruma göndərilməsi tövsiyə olunub.
Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları da müzakirə olunub:
– Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində inzibatçılığın təşkili vəziyyətinə dair;
– Sabunçu Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair;
– Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarına dair.
Kollegiya iclasında nəzarət tədbirləri üzrə auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarlarının və auditor hesabatlarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb. 

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …