Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / İdmançımızın Beyrutda qalan nəşi… – XİN-dən açıqlama

İdmançımızın Beyrutda qalan nəşi… – XİN-dən açıqlama

Beyrut şəhərində avtoqəza nəticəsində həyatını itirən idmançı Xəzər Əliyevin nəşinin vətənə gətirilməsi istiqamətində danışıqlar davam edir.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Beyrutda keçirdiyi avtoqəzada həyatını itirən və 9 gündür meyiti Beyrut şəhər morqunda qalan idmançı X.Əliyevin nəşinin ölkəyə gətirilməsi sualını cavablandırarkən bildiriblər. Nazirlikdən verilən məlumata görə, X.Əliyevin anası hazırda Beyrutdadır:

“Xəzər Əliyein anası Beyrut şəhərindədir. Anaya oğlunun cəsədinə baxması üçün şərait yaradılıb. Hazırda da onun nəşinin ölkəyə gətirilməsi üçün damışıqlar gedir”.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Xəzər Əliyevi 27 avqust tarixində Beyrutda avtomobil vurub və hazırda meyiti Beyrut şəhər morqunda saxlanılır. Onun meyitinin ölkəyə gətirilməsi üçün xəstəxana 12.000 dollar əməliyyat pulu, 7-8 min dollar isə meyitin ölkəsinə göndərilməsi üçün tələb edib.

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …

Bir cavab yazın