Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində idmançıların növbəti görüşü keçirilib.

“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində idmançıların növbəti görüşü keçirilib.

 25 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin növbəti görüşü Bakı Komputer Kollecində keçirilib.

Tələbələrlə görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Vüsal Ömərov, Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov və Jiu- Jitsu idman növü üzrə beynəlxalq turnirlərin qalibi Murad İsmiyev iştirak edib. Mərasimi layihə rəhbəri Cahandar Məmmədov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat vermişdir sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib. Sonra Jui Jitse idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək gənclərlə öz təcrübələrini paylaşdı və onlara asudə vaxtlarını səmərəli keçirmələrini, idmana maraqlı olmalarını tövsiyə edərək, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasını vurğuladı. Daha sonra Dünya və Avropa çempionları Anar Səfərov və Murad İsmiyev 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən danışdılar, özlərinin və tələbələrinin İslam Həmrəylik Oyunlarında yüksək nəticələr əldə edəcəklərindən gəncləri əmin etdilər və idmanın inkişafı üçün yaradılan imkanlara, idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirdilər. Sonda idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar. Qeyd edək ki, layihənin məqsədi Azərbaycan idmanının tarixini idmançılarımızın əldə etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına. Onlara idmanın əhəmiyyət və vacibliyinin çatdırılması, sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır.

ttt

hhh

yyy

Həmçinin oxuyun

“Ermənistandan həyəcanlı siqnallar gəlir…” – Moskva da istəyir ki…

“Hazırda Ermənistanda təkcə siyasi qüvvələrin konfiqurasiyası deyil, həmçinin ordu strukturlarının vəziyyətilə bağlı kritik problemlər meydana …

Bir cavab yazın