Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İDDİA: Neftçala Yol Polisində ölüm faktı – Vətəndaşı əsəbləşdirib öldürdülər

İDDİA: Neftçala Yol Polisində ölüm faktı – Vətəndaşı əsəbləşdirib öldürdülər

Neftçala Rayon Dövlət Yol Polis Şöbəsində ölüm hadisəsi baş verib. Bizimxeber.az-ın Neftçala bürosundan daxil olan məlumata görə, ötən gün Neftçala Rayon Dövlət Yol Polis Şöbəsində ölüm faktı baş verib ki, payon polisi və rayon Mərkəzi xəstəxananın baş həkimi Telman Zahidov bu faktı gizlətməyə çalışır.

Belə ki, rayonun Mirzəqurbanlı kənd sakini Nəcəfov Qabil Rza oğlu avtomobilə texniki baxışın olmaması səbəbindən ona məxsus “VAZ 2107” markalı maşını ilə yol polisi inspektorları tərəfindən Yol Polis Şöbəsina aparılıb.

Bir neçə dəqiqədən sonra vətəndaşın öldüyü bəlli olub. İzi itirməık üçün dərhal dünyasını dəyişən oğlunu Qabil Nəcəfovun oğlunu şöbəyə şağırıblar və avtomobili götürməsini bildiriblər. Bir sözlə, şöbədə vətəndaşın ölüm faktını ört-basdır ediblər..
Bizimxeber.az-a verilən məlumata görə, Şirvan İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarovun qardaşı oğlu, Salyanda inspektor işləyən Azad Məmmədyarov rayon Yol Polis şöbəsinə rəis təyin olunadan sonra bu sahədə qanunsuzluq baş alıb gedir. Sürücülər hədələrə məruz qalır, aylıq haqq istənilir və sairə…

Daha dəqiq təfərrüatlarla bağlı geniş məlumat verəcəyik.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın