Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / İdarə müdiri yaşıllığı məhv edib, yerində kartof əkdi

İdarə müdiri yaşıllığı məhv edib, yerində kartof əkdi

İmişli Su Anbarları Kompleksinin rəhbəri Etibar Tağıyev restoran müdiri ilə birləşərək, pul qazanmağın yeni yollarını tapıb

İmişlidə yerli məmurlar pul qazanmaq üçün yeni vasitələrə baş vurmağa başlayıblar. Vəziyyət o həddə çatıb ki, bəzi idarə və müəssisə rəhbərləri əkinçiliyə belə başlayıblar. Özü də bu əkinçilik işləri rəhbərləri olduqları müəssisənin balansında olan torpaq sahələrində reallaşdırılır.

JAM.AZ xəbər verir ki, İmişli Su Anbarları Kompleksinin müdiri Etibar Tağıyev həmin əkinçilik «ənənələri»nə sadiq qalanlardan biridir. Rayondan verilən məlumata görə, Etibar Tağıyev rəhbəri olduğu idarənin həyətindəki yaşıllığı məhv edib, yerində kartof əkdirib. Qeyd edilir ki, 7 sotdan artıq ərazidə kartofun əkilməsi ideyasının müəllifi isə İmişlinin mərkəzində yerləşən məşhur «Komfort» restoranının sahibi Möhübbət Quliyev olub.

JAM.AZ-a verilən məlumata görə, Möhübbət Quliyevlə anlaşmadan sonra İmişli Su Anbarları Kompleksinin müdiri Etibar Tağıyev kartof əkilməsinə razılıq verib və şərik olduqlarını açıqlayıblar.

Maraqlıdır ki, Möhübbət Quliyev İmişlidə tanınmış biznesmen olmasına baxmayaraq, həm də rayon Su Anbarları Kompleksində də işləyir. JAM.AZ-a verilən məlumata görə, «Komfort»un sahibi kompleksdə növbətçi vəzifəsində çalışır. Amma onun işə gəlib, gəlmədiyi məlum deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Bakıda taksilərin qiyməti bahalaşdı – VİDEO

Taksilərin qiymətində artım müşahidə olunur. Sürücülər deyir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər …

Bir cavab yazın