Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İcra Hakimiyyətindən ərəblərin Bakıda torpaq almasına – Reaksiya

İcra Hakimiyyətindən ərəblərin Bakıda torpaq almasına – Reaksiya

Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxləri alıblar.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə məlumatı Milli.Az-a rayon sakinləri bildiriblər. Sakinlər bildirib ki, bir neçə Nərimanov rayon sakininə 31 saylı “jek”dən bildiriblər ki, artıq onlar “Çermet” adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərinə cavabdeh deyillər. Onların verdikləri məlumata görə, plana düşən bu əraziləri artıq ərəblər alıblar.

Onu da qeyd edək ki, plana düşən mənzillərin kvadratmetrinə görə rayon sakinlərinə 1200 manat təklif olunacağı bildirilib.

Sayt yazır ki, sorğu zamanı rayon ərazisində bu faktı ev alqı-satqısına baxan bir neçə şəxs də təsdiq edib.

***

“Qafqazinfo” məsələ ilə bağlı Nərimanov İcra hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon icra başçısının birinci müavini Şahmar İbadov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən ərazinin ərəblərin alması ilə bağlı yayılan xəbərlər şayiədir:

“Nərimanov rayonunda gedən yenidənqurma işləri prezidentin sərəncamı əsasında həyata keçirilir. Yol infrastrukturunun yenidən çəkilməsi və genişləndirilməsi zamanı Ziya Bünyadov prospekti və Həsən Əliyev küçəsinin davamı olaraq Böyük Şor ərazisindən keçən yeni hissədə Nərimanov İcra Hakimiyyəti “Azəryol” ASC və Maliyyə Nazirliyi ilə birlikdə ərazidə yola düşən hissələri siyahıya alıb. Əhalinin köçürülməsi tərəfimizdən həyata keçiriləcək.

Bundan başqa orada ərəbin, ingilisin, hər hansı bir əcnəbi şirkətin ərazi alıb əhalini köçürülməsi şayiədən başqa bir şey deyil”.

İcra başçısının müavini, həmçinin mediadan vətəndaşlar arasında bu cür çaşqınlığa səbəb olacaq xəbərləri yaymamağı xahiş edib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın