Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / İcra Hakimiyyəti: “Zakir Fərəcovun nə Nərgiz adlı bacısı, nə də İH-də işləyən bacısı oğlu var”

İcra Hakimiyyəti: “Zakir Fərəcovun nə Nərgiz adlı bacısı, nə də İH-də işləyən bacısı oğlu var”

“Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və onun yaxın qohumları haqqında böhtan xarakterli yazılar dərc olunur. İndi də Saray bələdiyyəsinin sədri Vəsilə Həsənova və onun həyat yoldaşı Vəfadar Həsənovun qətlə yetirilməsilə bağlı cinayət hadisəsində Abşeron rayon İcra Hakimiyyətinin başçısı və yaxın qohumlarının adları hallandırılır. Güya icra başçısı bu hadisə ilə bağlı istintaqa çağrılıb. Bunlar tamamı ilə yalan məlumatlardır”.

Mia.az xəbər verir ki, bu sözlər Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub:

“Çox təəssüf ki, bəzi media orqanları bütün dəyərləri aşmaqla, artıq icra başçısının yaxınları haqda da cəfəng məlumatlar yayırlar. Birmənalı şəkildə bildiririk ki, icra başçısı Zakir Fərəcovun haqqında yazılan böhtan dolu yazılarda adı çəkilən Nərgiz adlı bacısı yoxdur. Abşeron rayon İcra Hakimiyyətinin başçısının iki bacısı var. Böyük bacısı Nübar xanımın 70 yaşı, o biri bacısı Nigar xanımın isə 59 yaşı var. Onlar evdar xanımlardı. Onların da heç vaxt sürücüləri olmayıb, heç buna da ehtiyacları olmayıb. Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcova gəlincə isə, o, heç vaxt Abşeron rayon Memarlıq şöbəsində işləməyib və bu gün də işləmir…”.

 

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …

Bir cavab yazın