Ana səhifə / Siyasət / İcra başçısının qudası sahibkara necə kələk gəlib?

İcra başçısının qudası sahibkara necə kələk gəlib?

Elşən Kərimovun İradə Gülməmmədovanın biznesini idarə etdiyi deyilir;

Mübariz Əzizov: «O, bizdən nisyə aldığı 56 min dollar və 8000 manatlıq tikinti mallarını başqa yerdə iki dəfə ucuza satdırırmış»

Məmurların himayəsində olan bəzi sahibkarların mütəmadi olaraq ayrı-ayrı iş adamlarını sıxışdırması, onların haqqını yeməsi artıq adət halını alıb. JAM.AZ xəbər verir ki, indiyə qədər yüzlərlə sahibkar bu şəkildə çətinliyə salınıb, müflis edilib və ya alınan mal və materialları alınaraq, pulları ödənilməyib.

Belə hallardan biri də Mübariz Əzizovun başına gətirilib. JAM.AZ-a müraciət edə niş adamı bildirir ki, o, 2001-ci ildən Dərnəgül şossesində yerləşən Tikinti materiallarının topdan və pərakəndə satış mərkəzində taxta satışı ilə məşğul olur. Sahibkar vurğulayır ki, qardaşı oğlu Ramil Əzizov da onunla birlikdə işləyir. «Biz taxtanı Keşlə qəsəbəsində yerləşlən stansiyadan vaqonlarla alaraq, bazarda satmaqla məşğul oluruq».

Mübariz Əzizov qeyd edir ki, başına gələn olayın başlanğıc tarixi 29.11.2015-ci ildir. «Bazarda qonşum İbrahim kişi mənə dedi ki, Elşən Şamil oğlu Kərimov tikinti işləri ilə məşğuldur və mütəmadi olaraq ondan mal alır. Onu da dedi ki, bəzən malları nisyə götürür və 10-15 gün içində ödəniş edir. Ardından da soruşdu ki, əgər məndən də nisyə mal istəsə verə bilərəmmi. Zaminliyi də üzərinə götürdü. Aramızdakı söhbətdən sonra Elşən Kərimovla işləməyə başladım».

Elə Əzizovun başına da müsibətlər bundan sonra gəlməyə başlayıb. Sahibkar bildirir ki, Kərimov ona götürdüyü malların pulunu ən geci dekabrın 15-nə kimi verəcəyini deyib. «Məndən taxta aldı və dekabrın 15-də borcunu bağlayacağını bildirdi. Sonra isə dikt istədi, onu da qonşum Zahiddən aldım, sayı da 600 ədəd idi. Həmin ərəfədə bildirdi ki, borclarını dekabrın 20-də bağlayacaq və ardından da daha 400 ədəd dikt alaraq, apardı. Məndən isə 225 kub metr taxta aldı».

Şikayətçi qeyd edir ki, Elşən Kərimova satdığı bütün malların qiymətlərini qaiməyə yazaraq, bir nüxsəsini ona verirmiş. «Bu adam məndən aldığı malların müqabilində cəmi 6000 manat pul ödəmişdi. Amma dekabrın 20-də Elşən Kərimov birdən birə yoxa çıxdı. Onunla heç bir əlaqə qura bilmədik. Narahat olmağa başladı və onu axtarmağa başladıq. Nisyə verdiyimiz malları daşıyan maşınların hamısı bazarda işləyənlər olduğundan ilk olaraq onlardan soruşduq. Elşən bizdən malı alanda bildirmişdi ki, tikinti işləri ilə məşğul olduğundan taxta və digər tikinti materiallarını da elə ora aparır. Lakin sonradan öyrəndik ki, o, malları Novxanı və Mehdiabadda tikinti materialları satan Nuru adlı şəxsə satmaq üçün verirmiş».

Mübariz Əzizov qeyd edir ki, onlar Nuru adlı həmin şəxsi də tapıblar. «Ona Elşənə borclu olub, olmadığını soruşduq. Nuru dedi ki, o, bütün malları nağd şəkildə alıb və heç bir borcu yoxdur. Daha sonra Nurudan aldığı malın hesab fakturasını gördüyünü soruşduqda vurğuladı ki, o taxtanın hər kub metrini 150 manata, sementi 3,5 manata, digər malları da bazar qiymətindən 30-40 faiz aşağı qiymətə alıb. Həmin gün anladım ki, Elşən Kərimov bizi aldadıb».

JAM.AZ-a şikayət məktubu göndərən Əzizov yazır ki, Elşən Kərimovu axtarmaqda davam ediblər və sonda onu Yevlax rayonunda tapıblar. «Bizə dedi ki, aldığı malları aşağı qiymətə Nuruya sataraq, ondan aldığı pullarla bizimlə qonşu olan Niyaməddin adlı şəxsə verirmiş. Buna səbəb də Kərimovun Niyaməddinə borclu olması olub. Diktin isə 600 ədədini Samir adlı şəxsə verib ki, o da bizimlə eyni bazarda çalışan şəxsdir».

Mübariz Əzizov onu da qeyd edib ki, Elşən Kərimovun hazırda ona 56 min dollar və 8000 manat borcu var. «Bu pulları da kimdən ki, taxta almışam onlara ödəməliyəm».

Ancaq Elşən Kərimovun kimliyi də çox maraqlıdır. Sahibkar deyir ki, onların dəqiqləşdirmələrinə görə, sözügedən şəxs Abşeronun icra başçısı İradə Gülməmmədovanın qudasıdır. Üstəlik, onun mal verdiyi obyektlərin də hamısı özünündür və bu şəkildə pul qazanmaqla məşğuldur.

Lakin JAM.AZ Elşən Kərimovla bağlı başqa bir məsələ barədə də məlumat əldə edib. Həmin məlumatlara görə, sözügedən şəxs nəinki İradə Gülməmmədovanın qudasıdır, həmçinin onun biznesini idarə edən şəxsdir. Elə Nuru və digərləri də məhz Gülmməmədovanın adamları sayılırlar.

Yazıda adları keçən şəxslər də dinləməyə hazırıq.

Abşeron rayon İcra Hakimiyyətindən JAM.AZ-a verilən məlumata görə, icra başçısı İradə Gülməmmədovanın Elşən Kərimov adlı heç bir qohumu yoxdur. “İradə xanımın belə adda qohumu yoxdur. Bu cür dələduzlar mütəmadi olaraq məmurların adından istifadə edirlər. Elşən Kərimov da onlardan biridir”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın