Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / İcra başçısının polkovnik qardaşı vəfat etdi

İcra başçısının polkovnik qardaşı vəfat etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib.

” Azinforum.az ” “Report“a istinadən xəbər verir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2006-cı ildə təqaüdə çıxıb.

Xatırladaq ki, N.Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdı.

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …

Bir cavab yazın