Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İcra başçısının oğlu həbs edildi – Yenə xuliqanlıq

İcra başçısının oğlu həbs edildi – Yenə xuliqanlıq

Zərdabın icra başçısının oğlu avtoxuliqanlığa görə həbs edilib.
Lütfəli Babayevin övladı Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıb. Ona 15 sutka inzibati cəza verildiyi iddia edilir.
Mingəçevir yol polis şöbəsinin rəisi Ələsgər Bədəlovla köhnə ədavəti olan icra başçısı oğlunu yalnız bir həftə sonra azadlığa çıxarmağa nail olub.
Mənbə bildirir ki, L.Babayev külli-miqdarda pul sərf etmək hesabına oğlunu həbsdən çıxarıb.
Yada salaq ki, başçının qardaşı oğlu – Babayev Yadigar Şahvəli oğlu da idarə etdiyi 99-BH-045 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə saxlanmışdı. Yüksək tonla danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib. Faktla bağlı inzibati protokol tərtib olunmuşdu. Yadigar Babayev gecəni polis şöbəsində saxlanılmışdı.
Bunda əlavə, Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun vəzifəsindən azad olunması da, oğlunun avtoxuliqanlığa görə olmuşdu. Belə ki, Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilmişdi(Tia.az).
Lütvəli BABAYEV
Xatırladaq ki, prezident İlham Əliyev bir neçə dəfə dövlət məmurlarına övladları ilə bağlı xəbərdarlıq edib. Prezident yüksək vəzifə tutan məmurların övladlarının harın hərəkətlərinin yolverilməz olduğunu, qudurğanlıq etdiklərini və belə hal baş verərsə həmin şəxslərin işdən qovulacağını bildirmişdir. Hətta bir neçə məmur belə hallara görə cəzalandırılıb…

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın