Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / İcra başçısı şöbə müdirini vəzifədən azad etdi – “Referendum”u dəstəkləyən məmurla bağlı qərar verildi

İcra başçısı şöbə müdirini vəzifədən azad etdi – “Referendum”u dəstəkləyən məmurla bağlı qərar verildi

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib.
Bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.
Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi “referendum”u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti “facebook”da və mətbuatda ciddi tənqid olunub/Report.

Həmçinin oxuyun

Paşinyan yenidən Azərbaycanla danışıqlardan imtina etdi

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli üçün yol yoxdur. Bunu Ermənistan baş naziri Nikol Paşinyan …