Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / İcra başçısı qaçqınları “Qaçqınkom” sədri ilə görüşə buraxmadı

İcra başçısı qaçqınları “Qaçqınkom” sədri ilə görüşə buraxmadı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyulun 3-də qaçqınlar üçün tikilən bina ilə tanış olmaq üçün getdiyi Qazax səfəri zamanı onunla görüşmək istəyən qaçqınlar qəbula buraxılmayıb.

Bu barədə virtualaz.org saytına Qazax rayon sakini Nizami Haqverdiyev məlumat verib.

N.Haqverdiyevin sözlərinə görə, bir qrup qaçqın öz problemlərini həll etmək üçün Əli Həsənovun qəbuluna düşmək istəsə də rayonun icra başçısı Ayaz Əsgərov buna imkan verməyib: “İyulun 3-də, yəni baş nazirin müavini Əli Həsənov Qazaxa gəldiyi gün mən də icra başçısı ilə görüşmək üçün rayon icra hakimiyyətinə getmişdim. Mənimlə eyni vaxtda bir qrup qaçqın Əli Həsənovun qəbuluna düşmək üçün orada olsa da onlar çox pis qarşılandı. İcra başçısının müavini Fərman Nağdəliyev qaçqınlara dedi nazir gəlibsə, bu, o demək deyil ki, hər nazir gələndə siz onunla görüşəcəksiniz. Sakinlər Əli Həsənovla görüşə buraxılmadı. Bunun səbəbi haqda isə heç bir izah verilmədi. Halbuki onlar yaşayış vəziyyətlərinin ağırlığı, pensiyaların gecikməsi, ünvanlı sosial yardımdakı problemlərlə bağlı şikayətlərini çatdırmaq istəyirdilər”.

N.Haqverdiyev vurğuladı ki, qəbula düşməyə çalışan qaçqınlarla icra hakimiyyəti nümayəndəsi arasında ciddi narazılıq yaranıb və onlardan bəzisinin səhhəti pisləşib: “Narazı qaçqınlardan birinin təzyiqi qalxdı, halı pisləşdi və biz də təcili yardım çağırmaq məcburiyyətində qaldıq. Bu vaxt ərzində isə Əli Həsənovun onunla görüşmək istəyən qaçqınlardan xəbəri olmadı. Həmin gün və növbəti gün Qazaxda olan komitə sədri təkcə icra başçısı və digər vəzifə sahibləri ilə görüşdü”.

Şikayətçi onu da əlavə etdi ki, qaçqınlar üçün tikilin həmin 11-12 bina əslində yaşayış üçün yararsızdır: “Binalar Qazaxın Qazaxbəyli kəndində tikilir. İnşaat üçün çox yararsız yer seçilib. Həmin ərazi “Göl dərəsi” adlanır. Binaların tikildiyi yeri 1 metr qazan kimi yerdən su çıxır. O binada yaşayacaq qaçqınlar hazırda Qazaxdakı məktəblərdə, mehmanxanada məskunlaşıb. Amma tikilməkdə olan bina da təhlükə mənbəyidir”.

Səslənən bu iradlara Qazax RİH-dən münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın