Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / İcra başçısı niyə kövrəlib ağladı?

İcra başçısı niyə kövrəlib ağladı?

“Əslində bu, bir nümunədir. İcra başçısı nümunəsi. 4 il Yardımlı rayonunun icra başçısı vəzifəsində çalışdı, əhalinin xeyir-şərində iştirak etdi, kabinetinin qapısı daim əhalinin üzünə açıq oldu, imkanları çatdığı qədər rayonun inkişafı üçün çalışdı. Yol, qaz, su çəkilişində xeyli işlər görüldü. Savalan dağının döşünə qədər uzanan yolun açılışında hətta dövlət başçısı da iştirak etdi”.

AFN.az xəbər verir ki, bunu tanınmış jurnalist Elşad Paşasoy yazıb. Əslən Yardımlıdan olan həmkarımız xatırladır ki, prezidentin fərmanı ilə bu rayonun keçmiş başçısı Sevindik Hətəmov Salyan rayon icra hakimiyyətinin başçısı təyin olunub: “Bu gün Yardımlıda sabiq icra başçısı ilə vida görüşü keçirilib. Rayondan aldığım məlumata görə, Mədəniyyət Sarayında nəinki oturmağa, ayaq üstə durmağa belə yer yox imiş. Keçmiş başçı bu mənzərəni görüb, özü də kövrəlib, hətta çıxışını sona çatdıra bilməyib. Çıxışlarda “əsl xalq məhəbbəti belə olar”, “xalqın xidmətçisi olmağın nəticəsi budur” kimi fikirlər çox səslənib. Yaxşı nümunələri demək, onları təbliğ etmək yalnız ümumi işimizin xeyrinədir. Adətən, işdən çıxarılan məmurları gecə ilə yığışıb rayonu tərk edən görmüşük. Camaatın gözünün içinə şax baxmağı haqq edən məmur isə son anda halalaşmağı da vacib sayır…”
P.S.Məmurun qarşılanma mərasimində və fəaliyyəti, yaxud fəaliyyətsizliyi dönəmində onu alqışlayanları çox görmüşük. Amma məmurun yola salınması mərasimindəki alqış bir başqadır.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın