Ana səhifə / Siyasət / İcra başçısı kimə kələk gəlib? – FOTOLAR

İcra başçısı kimə kələk gəlib? – FOTOLAR

Prezident İlham Əliyevin Zaqatalaya səfəri ərəfəsində rayon icra hakimiyyətinin (RİH) başçısı dövlət başçısının kortejinin keçəcəyi yol boyunca yerləşən evlərin damlarını rənglətməyə başlayıb.

Azinforum.az Strateq.az-a istinadən xəbər verir ki, bu barədə blogger Mehman Hüseynov məlumat verib. Onun yaydığı fotolardan aydın görünür ki, yerli məmurlar köhnə damları yeniləmək əvəzinə, onları sadəcə olaraq rəngləməyi daha üstün tutublar. Özü də çox maraqlıdır ki, damların yalnız bir hissəsi – yola baxan, yəni prezidentin görə biləcəyi hissəsi rənglənir.

Onu da qeyd edək ki, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadədir. O, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır. M.Əhmədzadə 1 sentyabr 2009-cu ilədək Qax İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Zaqatalanın icra başçısı təyin olunub.

Əlavə şərh vermədən fotoları təqdim edirik:

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın