Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İcra başçısı ilə bağlı ilginc iddialar… – Nə baş verir?

İcra başçısı ilə bağlı ilginc iddialar… – Nə baş verir?

Laçının icra başçısı yanvarın 24-də məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu, Taxta körpü ərazisində görüş keçirib

Yığıncaq formal xarakter daşıyıb və rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə bir laçınlı köçkünün, bir kasıb qaçqının dərd-səri dinlənilməyib. İcra hakimiyyəti rəsmiləri quru statistikanı açıqlayıb və görülən işləri bəh-bəhlə tərifləyiblər.

Hərçənd ki, köçkünlərə vahid müavinət məbləği müəyyən edildikdən sonra onlarla söhbətləşmək olardı. Lakin A.Nəzərli hesabatı oxuyaraq toplantını yekunlaşdırıb.

İclasda sakinlərin hansı problemlərinin olduğunu soruşan olmayıb. İcra hakimi bir məcburi köçkünə yaxınlaşıb dolanışığı ilə maraqlanmayıb.

A.Nəzərli iclasdan sonra bir laçınlı köçkünün evinə gedərək yaşayışı ilə tanış olmayıb. Ən azından müavinləri ilə qəsəbə ərazisində gəzərək vəziyyəti öyrənə bilərdi.

Amma Laçın RİH rəsmiləri yığıncaqla işini bitmiş sayıb və xidməti maşınları ilə geri qayıdıblar. Təbii ki, yurd-yuvasından didərgin düşmüş insanlara dövlət tərəfindən qayğı və dəstək var.

Bununla belə, dövlət başçısı yerlərdə təyin etdiyi adamlarına əhali ilə işləməyi tapşırıb. A.Nəzərli yeni təyinat alsa da, prezidentin təlimatlarına uyğun hərəkət etmir.

İcra başçısı Aqil Nəzərli, müavinləri – İlqar İlyasov və Tofiq Mirzəyev məcburi köçkünlərin müraciətlərinə biganə yanaşır.

Hazırda onların problemlərinə həssas yanaşmaq zamanıdır. Çünki vətəndaşları və xüsusi ilə qaçqın zümrəsini dövlətdən narazı salmaq olmaz. Heyf ki, Laçın rayon rəhbərliyi vəzifədə olduğu müddətdə imkan düşdüyü qədər sərvət toplamağı qarşısında hədəf qoyub.

Gəlin faktlara nəzər salaq: Laçın rayon Vağazin kənd sakini Mürsəlzadə Bəxtiyar Əliağa oğlu isə Laçın RİH başçısının yarıtmaz fəaliyyətini konkret faktlar göstərməklə ifşa edib.

Laçın RİH başçısı Aqil Nəzərlinin başının şəxsi biznesinə – “zapravka”, fermalar və super marketlərinin idarə olunmasını qarışdığını iddia edən vətəndaş bunun sakinlər arasında ciddi narazılıqlara səbəb olduğunu bildirib.

Aqil Nəzərlinin icra başçısı təyin olunmasından keçən bir neçə ay ərzində onun heç bir problemi həll etmədiyini söyləyən şikayətçinin ittihamları kifayət qədər ciddidir.

Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvəqqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu deyib ki, Aqil Nəzərli rayon əhalisinin problemləri ilə maraqlanmaq həll etmək əvəzinə kadr alveri ilə məşğuldur.

“Laçın rayonunda elə bir mühüt yaradıb ki, korrupsiya rüşvətxorluq məmur özbaışnalığı əhalinin səbir kasasını daşdırıb. A.Nəzərli Laçın rayon idarə və müəssələrində olan bütün dövlət qulluğu vəzifələrini həraca çıxarıb.

İxtisasından, diplomunun saxta olmasından, hərbi xidmətdə olmamasından aslı olmayaraq pulu olan istənilən şəxs pulunu verib vəzifə ala bilər.

Adi dövlət qulluqçusundan tutmuş, idarə və müəssə rəhbərliyinə icra başçısının müavin postuna kimi istənilən vəzifəni açıq bazar mühütidir.

Bütün bu şikayətlər hər hansı uydurma və ya bir saytın iddiaları deyil vətəndaşların müraciətləridir. Xatırladaq ki, 1976-cı il doğumlu Aqil Nəzərli 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra etmiş, 16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. \\regionxeberleri.com\\

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın