Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / İcra başçısı çatan kimi camaatın torpaqlarını əlindən alır — Siyavuş Novruzov

İcra başçısı çatan kimi camaatın torpaqlarını əlindən alır — Siyavuş Novruzov

Azərbaycanda bütün strukturlarda oduğu kimi məhkəmə sistenmində də ciddi islahatlar aparılıb.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə hakimklərin təyin edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib.

O bildirib ki, baxılmalı olan işlərin çoxluğu məhkəmə sisteminin işində də çətinliklər yaranır:

“Statistika Komitəsindən verilən məlumata görə, evlənənlər arasında boşanmalar təxminən 30 faiz təşikl edir ki, bu da təxminən 17 min iş edir, bütün bu işlərə məhkəmələr baxır. Digər sahələrdən də daxil olan məsələləri nəzərə alsaq, bütün bu işləri görmək çətindir. Yəni hakimlərin baxdığı işlərin sayı həddindən artıq çoxdur”.

S.Novruzov bildirib ki, bəzi icra başçıları insanların torpaqlarını əlindən alırlar:

“Görürük ki, icra başçısı çatan kimi camaatın torpaqların əlindən alır. Bu hallar indi ortaya çıxır. Vaxtında məhkəmə qərarı olsaydı indi belə problemlər oryata çıxmazdı. Məhkəmələr qalır bu qıraqda icra başçısı düşür ortaya ki, şəhadətnamələri gətirin mən seyfimdə saxlayım. Bu baxımdan məhkəmələrdə ədalətli qərarın rolu böyükdür”.

S.Novruzov Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı ədalətsiz qərarların qəbul etməsinə də toxunub:

“Avropa Məhkəməsi ağına-qarasına baxmadan, müzakirə aparmadan qərar verir, ədalət əvəzinə ədalətsizlikklə məşğul olur. Avropa Məhkəməsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı kifayət qədər iş var var ki, insanlarımızın bütün fundamental hüquqları, yaşamaq, mülkiyyət hüquqları pozulub, ancaq indiyə qədər Avropa Məhkəməsi bununla bağlı heç bir qərar verməyib. Amma Azərbaycandan bir şikayət gedən kimi ki, mən filankəsin qohumuyam, Əli Kərimliyə işləyirəm, onda mürəkkəb qurumamış Avropa Məhkəməsi qərar qəbul edir. Bir insan konkret törətdiyi əməllə bağlı heç nəyi araşdırmır”.(modern.az)

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …