Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İcra başçısı cəzalandırdı, Mehdiyevə töhmət verildi

İcra başçısı cəzalandırdı, Mehdiyevə töhmət verildi

Bakı şəhər İcra Hakimiyyəti tikinti şirkətini cəzalandırıb.

Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin apardığı araşdırma zamanı müəyyən edilib  ki, “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi almadan Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz tikinti işlərinin aparılmasına başlanılıb və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilib.

Bu səbəbdə icra hakimiyyəti göstərilən ərazidə qanunsuz tikinti işləri aparan “Lake Residence”nın rəhbərliyinə xəbərdarlıq edilib, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi “Lake Residence”yə tapşırılıb”.

Nailə Məmmədova onu da qeyd edib ki, sözügedən ərazidə ticazə sənədi almadan tikinti işlərini həyata keçirən və gölün bir hissəsini qanunsuz zəbt edərək dolduran “Lake Residence”nın rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilib:

“Eləcə də rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyini nəzərə alaraq, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə töhmət verilib”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın